İQTİSADİYYAT


Doqquz ayda dəniz nəqliyyatı ilə 687,5 milyon dollarlıq yük daşınıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 1 milyon 137 min 34 ton yük daşınıb ki, bu yüklərin dəyəri 687 milyon 547 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 9 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 245 min 541 ton yükün dəyəri 111 milyon 738 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 891 min 492 ton, dəyəri isə 575 milyon 809 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.