İQTİSADİYYAT


Doqquz ayda əsas kapitala 10,4 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 14 oktyabr, AZƏRTAC 

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 430,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,2 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,1 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 6 milyard 995,8 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 492 milyon manatı (23,9 faizi) xidmət sahələrinə, 942,4 milyon manatı (9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.