İQTİSADİYYAT


Doqquz ayda əsas kapitala 9 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 9 milyard 560,2 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 6 milyard 407,2 milyon manatı və ya 67 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 425,8 milyon manatı (25,4 faizi) xidmət sahələrinə, 727,2 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 303,6 milyon manatını və ya 65,9 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 388,8 milyon manatı və ya 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, digər vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, bank kreditləri isə 6,3 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.