İQTİSADİYYAT


Doqquz ayda hava nəqliyyatı ilə ixrac edilən yükün həcmi azalıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 39 min 934 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 21 min 552 ton azalma olub. Belə ki, 2019-cu ilin doqquz ayında hava nəqliyyatı ilə 61 min 486 ton yük göndərilib.

Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə cari ilin yanvar-sentyabr aylarında 7817 ton təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.