İQTİSADİYYAT


Doqquz ayda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-sentyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,3 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 39,7 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 9,6 faiz azalıb.

Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2 dəfə çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.