İQTİSADİYYAT


Doqquz ayda ölkədə 62,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62 milyard 877,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6279 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.