İQTİSADİYYAT


Doqquz ayda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 30 min 908 olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 371-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 27 min 825-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 2597-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 115-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.