İQTİSADİYYAT


Doqquz ayda paytaxtın ictimai iaşə dövriyyəsi 7,3 faiz artıb

Bakı, 2 noyabr, AZƏRTAC

Doqquz ayda paytaxtın ictimai iaşə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 696,9 milyon manat olub, dövriyyənin 99,5 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 48,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,4 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,5 faiz artaraq 338,5 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.