İQTİSADİYYAT


Doqquz ayda rabitə xidmətlərinin dəyəri 16,4 faiz artıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr ayılarında informasiya və rabitə müəssisələri 1 milyard 580,3 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,4 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,7 faizi və ya 658,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.