İQTİSADİYYAT


Doqquz ayda respublikada 8 avtomobil yolu tikilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayı ərzində respublikada ümumi uzunluğu 138,3 kilometr olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, sözügedən müddətdə Goranboy rayonunun uzunluğu 38 kilometr olan Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tapqaraqoyunlu avtomobil yolu, Ağcabədi rayonunun uzunluğu 41 kilometr təşkil edən Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu, Tərtər rayonunun 11 kilometr uzunluğunda Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu, Ağstafa rayonunun uzunluğu 5 kilometr olan Böyük Kəsik-Ağgöl avtomobil yolu, Qusar rayonunun uzunluğu 12,5 kilometrlik Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu, İsmayıllı rayonunun uzunluğu 13 kilometr təşkil edən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu, Salyan rayonunun 15,3 kilometrə malik Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu, eləcə də Şabran rayonu ərazisindəki uzunluğu 2,5 kilometr olan Padar avtomobil yolunun tikintisi yekunlaşıb.

Həmçinin Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,68 kilometr uzunluğunda 10 kənd yolunun yenidən qurulması işləri həyata keçirilib və paytaxtın Yasamal rayonunda Qanlı gölün qərb hissəsində uzunluğu 1,3 kilometr olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi işləri başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.