ELM VƏ TƏHSİL


Doqquz illik təhsil bazasında Azərbaycan dili imtahanı vermək üçün 129 nəfər qeydiyyatdan keçib

Bakı, 29 may, AZƏRTAC

Ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 31-i saat 23:59-dək link vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 12:25-ə olan məlumata görə, 129 abituriyent qeydiyyatdan keçib.

Abituriyent qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 12-də keçiriləcək.

Xatırladaq ki, mayın 8-də Azərbaycan dili imtahanı vermiş, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmamış 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.