REGİONLAR


Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib

Qəbələ, 23 mart, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyalar təşkil olunub.

Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Tovuz və Göyçay rayonlarının məktəblilərindən ibarət qruplar şimal-qərb bölgəsinə səfərin birinci günü – martın 23-də Qəbələ şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənəyə uyğun olaraq, məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb.

Sonra onlar rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən, ətrafı sıx meşələrlə və dağlarla əhatə olunan gölün dərinliyi 24 metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.