ELM VƏ TƏHSİL


Doqquzuncu sinif şagirdlərinin yazdığı inşaların yoxlanılması prosesi başa çatıb

Bakı, 14 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında doqquzuncu sinif şagirdlərinin yazdığı inşaların (esselərin) yoxlanılması prosesi başa çatıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, inşa vərəqələrinin qrafik təsviri ilə və qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında iştirak edən 108 min 332 şagirddən 28 min 933 nəfəri inşa (esse) yazıb.

İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. İnşanın (essenin) qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədinin verilməsi üçün nəzərə alınır. Fərqlənmə sənədinin verilməsi üçün namizədlər yeddi və ya daha yuxarı bal toplamalıdırlar. 8079 şagirdin yazdığı inşa (esse) yeddi və ya daha yuxarı balla qiymətləndirilib.

İnşaların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) iyunun 25, 27, 28-də saat 10:00-dan 17:00-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyunun 20-dən 22-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.