CƏMİYYƏT


Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ilin ilk 4 ayına yekun vurulub. İlk dörd ayın yekununa həsr olunmuş hesabat toplantısında klinikanın şöbələri üzrə xidmət göstərilən xəstələrin sayı, müalicə və müayinə alan şəxslər, əməliyyatlar barədə ətraflı məlumat verilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev klinikada hər bir sahədə irəliləyişin müşahidə olunduğunu bildirib. Professor qeyd edib ki, Tədris Cərrahiyyə Klinikası Azərbaycanın tibb müəssisələri arasında əhalinin etibar etdiyi bir məkana çevrilib. Bu da peşəkar həkimlər, müasir diaqnostik üsulların tətbiqi, dəqiq analizlərin aparılması və digər məqamlarla əlaqədardır. Bununla belə direktor klinikanın tədrisyönümlü olduğunu xatırladaraq müəssisənin şöbə və kafedraları arasında daha nizamlı kommunikasiyanın qurulmasının vacibliyini vurğulayıb.

Sonra şöbə müdirlərinin dörd aylıq fəaliyyətə dair hesabatları dinlənilib.

Ümumilikdə, klinika üzrə şöbələrdə 621 xəstə müalicə alıb. Bu müddət ərzində 17 min 512 nəfərin müayinəsi aparılıb, həmçinin 4208 cərrahi əməliyyat həyata keçirilib.

Hesabatların müzakirəsi zamanı aparılan işlərin, əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi, tələbələrin praktiki biliklərinin gücləndirməsi üçün daha yaxşı şəraitin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.