CƏMİYYƏT


Dörd ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 10,4 faiz artıb

Bakı, 18 may, AZƏRTAC

Cari ilin ilk 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 136,2 milyon manat və ya 10,4 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 17,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 154,3 milyon manat və ya 20,2 faiz artımla olub.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.