REGİONLAR
Dörd ayda 1 milyon 592 min baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvəndlənib
Bakı, 23 may, AZƏRTAC
Bu ilin 4 ayı ərzində ölkə ərazisində nodulyar dermatit xəstəliyinə qarşı 1 milyon 592 min 54 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
Bu xəstəliyə qarşı peyvəndləmə tədbirlərinin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.
Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dematit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.