İQTİSADİYYAT


Dörd ayda 306,4 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 20 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 306,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində asfaltın istehsalı 3,2 dəfə, tikinti kərpicinin istehsalı 55,9 faiz, tikinti gipsinin istehsalı 50,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 48,4 faiz, betondan yığma tikinti konstruksiyaları istehsalı 34,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 29,8 faiz artıb, tikinti əhənginin istehsalı isə 13,8 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.