İQTİSADİYYAT


Dörd ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 10,2 milyon ton neft daşınıb

Bakı, 21 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 826 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 4 ayda bu kəmərlə 10 milyon 289,8 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 486,5 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.