İQTİSADİYYAT


Dörd ayda Bakıda 668 min tonadək dizel yanacağı istehsal olunub

Bakı, 1 iyun, AZƏRTAC 

Bu ilin yanvar-aprel aylarında Bakıda 667,8 min ton dizel yanacağı istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ilin ilk dörd ayında paytaxtda 414,4 min ton avtomobil benzini, 73,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 191,6 min ton ağ neft, 23,5 min ton yanacaq mazutu, 14 min ton sürtkü yağları, 88,1 min ton neft koksu və 85,1 min ton neft bitumu istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.