REGİONLAR


Dörd ayda Qəbələdə 30,7 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Qəbələ, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 30 milyon 733,2 min manatlıq məhsul istehsal olunub. Dörd ayda rayonda 2 milyon 993,5 min manatlıq sənaye məhsulu ixrac edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin yanvar-aprel aylarında rayonda istehsal olunan sənaye məhsulunun 10,9 faizi dövlət, 89,1 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, Qəbələ rayonunun sənayesi əsasən, qida məhsulları və tikinti materiallarının istehsalı, elektrik enerjisi və qazın bölüşdürülməsi və təchizatı, suyun təmizlənməsi və paylanması sahələrini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.