İQTİSADİYYAT


Dörd ayda birja üzvlərinin renkinqinə “PAŞA Kapital” başçılıq edib

Bakı, 5 may, AZƏRTAC

"Bakı Fond Birjası" QSC yanvar-aprel ayları üzrə üzvlərinin dövriyyəsi renkinqini açıqlayıb.

AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, renkinqə 4,3 milyard manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. Növbəti yerlərdə 1,9 milyard manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 896,6 milyon manatla “BTB Kapital” şirkəti, 723 milyon manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 400,8 milyon manatla “ABB-İnvest” şirkəti, 255,9 milyon manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 176,3 milyon manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 77,9 milyon manatla “PSG Kapital İnvestisiya Şirkəti" QSC, 31 milyon manatla “MFX Trading” şirkəti qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.