İQTİSADİYYAT


Dörd ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,6 milyard manat olub

Bakı, 18 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayılarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1 faiz artaraq 2 milyard 659,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 950,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizinə bərabər olub.

Dörd ayda hər bir ölkə sakini orta hesabla 269,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.