İQTİSADİYYAT


Dörd ayda əsas kapitala 4 milyard manatadək vəsait yönəldilib

Bakı, 17 may, AZƏRTAC 

Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 916 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi sərmayənin 64,5 faizi məhsul istehsalı obyektlərinin, 26,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9 faizi isə ümumi sahəsi 595,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7 faiz, büdcə vəsaitləri 25,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 5,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, digər vəsaitlər isə 0,3 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.