İQTİSADİYYAT


Dörd ayda qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olub

Bakı, 6 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olub.

AZƏRTAC xəbər verir ki, bunu Birliyin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası zamanı bildirib.

Birlik rəhbərinin sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 faiz azdır. Həmçinin Ruslan Əliyev bu ilin dörd ayında Birlik üzrə işçilərə 1435 intizam tənbehi verildiyini bildirib: “Bunlardan 323-ü mühəndis-texniki işçilərə, 1112-si isə fəhlə heyətinə verilib. İntizam tənbehlərindən 839-u töhmət, 457-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 131-i aylıq əməkhaqqının dörddə biri məbləğində tutulma, 8-i isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azadetmə olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.