İQTİSADİYYAT
Dörd ayda qeyri-neft sektoru üzrə 549 milyon dollarlıq ixrac həyata keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayında deyilir.
Bildirilir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 4 ayında koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb. Cari ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon dollarlıü qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.