İQTİSADİYYAT


Dörd ayda qeyri-neft sektorunda istehsal 15,5 faiz artıb

Bakı, 14 may, AZƏRTAC

Bu il sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.

Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub. Bu sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əczaçılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, tütün məmulatlarının istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz, geyim istehsalı 10,2 faiz, poliqrafiya məhsullarının istehsalı 7,4 faiz, tikinti materiallarının istehsalı 5 faiz, hazır metal məmulatlarının istehsalı 4,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artıb. Sair nəqliyyat vasitələrinin istehsalı 4,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 14,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.