İDMAN


Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb

Bakı, 18 yanvar, AZƏRTAC

Karyeralarında göstərdikləri nəticələrə görə bədii gimnastikanın dörd nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri idman ustası” adına layiq görülüblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, S.Vasileva və A.Paşayeva qrup hərəkətləri komandasının tərkibində Avropa çempionatlarının gümüş və bürünc mükafatçıları olublar. A.Paşayeva, həmçinin 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatında çoxnövçülük üzrə nəticələrə əsasən “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının heyətindədir.

Gənclər arasında Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medala sahib olan S.Abbasova 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında böyüklər proqramında da (3 top və 2 lent) gümüş medalını təsdiqləyib.

A.Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil edib və çoxnövçülük yarışının finalında yeddinci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olub.

İdmançı kimi göstərdikləri nailiyyətlərə görə “Fəxri idman ustası” adına layiq görülmüş hazırkı məşqçilər artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, A.Prasolovanın yetirməsi “Bakı-2015” ilk Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa çempionatında bürünc medal əldə edib. Ötən il Kiyevdə keçirilmiş Avropa çempionatında isə gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri S.Vasileva olub. A.Paşayeva Bakı Gimnastika Məktəbində, S.Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların yetişdirilməsində xidmət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.