İDMAN


Dörd güləşçimiz “Təxti kuboku” turnirinin finalına yüksəlib

Bakı, 8 fevral, AZƏRTAC

İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” turniri davam edir.

AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparırlar.

İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıblar. Ə.Qvarzatilov qızıl medal uğrunda Uluqbəy Yoldaşbəyov (Qırğızıstan), H.Hacıyev Rza Əfzəli (İran), C.Həsənov Bəhmən Teymuri (İran), N.Hacıyev isə Əli Rzayi Qudarzi (İran) ilə qarşılaşacaq.

Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Şərif Şərifov (92 kq) və Şamil Zubairov (92 kq) bürünc medala iddialıdırlar.

Qeyd edək ki, medalçılar bu gün məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.