İDMAN


Dörd güləşçimiz dünya çimərlik oyunlarına vəsiqə qazanıb

Bakı, 17 may, AZƏRTAC

Oktyabrın 10-dan 15-dək ABŞ-ın San-Dieqo şəhərində idmanın 17 növü üzrə birinci dünya çimərlik oyunları keçiriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, oyunların proqramında çimərlik güləşi də yer alıb. Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində, mayın 10-11-də isə Rio-de-Janeyroda dünya çimərlik oyunlarına lisenziya xalları verən dünya seriyası turnirləri keçirilib. Ölkəmizi bu yarışlarda Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil ediblər. Çavesdə O.Nəzəriani qızıl, P.İlyaslı və İ.Yusubov isə gümüş medal qazanıblar. Rio-de-Janeyroda O.Nəzəriani və İ.Yusubov gümüş, K.Əliyev bürünc medala sahib olub.

Beləliklə, iki yarışın yekununda O.Nəzəriani 45, İ.Yusubov 40, P.İlyaslı 30, K.Əliyev isə 15 xal toplayıblar. Bu nəticə ilə O.Nəzəriani reytinq sıralamasında birinci, İ.Yusubov ikinci, P.İlyaslı dördüncü, K.Əliyev isə altıncı yerdədir. Güləşçilərimizin dördü də birinci dünya çimərlik oyunlarında iştirak hüququ qazanıb.

Oyunlarda çimərlik güləşi yarışları oktyabrın 12-13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.