İDMAN


Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.