CƏMİYYƏT


Dörd məktəbdə şagirdlərə sağlam qidalanma ilə əlaqədar məlumat verilib

Bakı, 12 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərində keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində növbəti görüşlər paytaxtın Nizami rayonundakı 227 nömrəli, Daşkəsən rayonundakı 1 nömrəli, Qubadlı şəhəri 1 nömrəli və Qəbələ rayonunun Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəblərin şagirdləri ilə keçirilib.

Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Qida məhsullarında etiket məlumatlarının vacibliyi” və "Şəkərin insan sağlamlığına ziyanları" mövzularında videoçarxlar təqdim edilib.

Qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fastfudun zərərləri, dəniz məhsullarının faydaları barədə məktəblilərə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.