İDMAN


Dörd parataekvondoçumuz Avropa təsnifat turnirinin finalına yüksəlib

Bakı, 9 may, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Avropa təsnifat turniri keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, turnirdə iştirak edən parataekvondoçularımız Aynur Məmmədova (58 kq), Röyalə Fətəliyeva (49 kq), Abuzərli Əbülfəz (75 kq) və İmaməddin Xəlilov (61 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

Yarışın qalibləri "Tokio-2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Final görüşləri mayın 9-da axşam saatlarında baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.