İQTİSADİYYAT


Dörd rayon və bir şəhərdə sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək

Bakı, 13 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (avqustun 15-19 tarixləri) saat 12:00-da daha 1 şəhər və 4 rayonda İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü Sumqayıt şəhərində (Şəmsi Bədəlbəyli 8, “Kimyaçı” Mədəniyyət Sarayı), 2-ci günü Biləsuvar rayonunda (Heydər Əliyev prospekti, Mərkəzi Park), 3-cü günü Cəlilabad rayonunda (Heydər Əliyev prospekti, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi), 4-cü günü Yardımlı rayonunda (Heydər Əliyev prospekti 165, Heydər Əliyev Mərkəzi), 5-ci günü Lənkəran rayonunda (Həzi Aslanov Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.