İDMAN


Dörd yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Bakı, 7 oktyabr, AZƏRTAC

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın altıncı günündə - oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar.

Millimizin 4 üzvü mübarizəyə qoşulacaq. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Ülvü Qənizadə (72 kq) Almaniya təmsilçisi İdris İbayev, Sənan Süleymanov (77 kq) qırğızıstanlı Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) isə Estoniya idmançısı Ranet Kaljola ilə qarşılaşacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.