İDMAN


Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Bu gün həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən, Eldəniz Əzizli (55 kq) səkkizdəbir finalda Hindistan güləşçisi Manjet Manjet, Elman Muxtarov (63 kq) Ermənistan idmançısı Slavik Qalstyan ilə qarşılaşacaqlar.

Yarışlara təsnifat mərhələsindən başlayacaq Sənan Süleymanov (72 kq) xorvatiyalı Dominik Etlinger, Rafiq Hüseynov (82 kq) isə Moldova təmsilçisi Mihail Bradu ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.