İDMAN


Dördqat dünya çempionu Sebastyan Fettel mövsümün sonunda “Formula-1”dən gedəcək

Bakı, 28 iyul, AZƏRTAC

“Formula-1” yarışları üzrə dördqat dünya çempionu Sebastyan Fettel cari mövsümün sonunda karyerasını başa vuracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə pilotun çıxış etdiyi “Aston Martin” kubunun mətbuat xidməti məlumat yayıb.

“Getmək qərarı mənim üçün çətin olub və mən bu barədə çox düşünmüşəm. İlin sonunda diqqətimi nəyə yönəldəcəyimi düşünmək üçün daha bir az vaxt ayırmaq istəyirəm. Gələcək ata olaraq ailəmlə daha çox vaxt keçirmək istəyirəm”, - deyə məşhur pilot bildirib.

Sebastyan Fettelin 35 yaşı var. O, “Zaubera”, “Toro Rosso”, “Red Bull”, “Ferrari” komandalarının pilotu olaraq “Formula-1” yarışlarında 2007-ci ildən çıxış edir. 2021-ci ildən “Aston Martin”in idman şərəfini qoruyur. “Red Bull”un pilotu qismində dörd dəfə “Formula-1” çempionu olub (2010, 2011, 2012, 2013-cü illər). Sebastyan Fettel “Formula-1” tarixində Qran-pri yarışlarında qələbələrin sayına görə üçüncü yeri tutur. Alman pilot 53 yürüşü udub və bu göstərici üzrə yalnız həmyerlisi Mixael Şumaxerdən və britaniyalı Luis Hemiltondan geri qalır.

Cari mövsümdə 12 mərhələdən sonra 15 xal toplayan Fettel 14-cü yerdədir. “Formula-1”in növbəti mərhələsi iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.