ELM VƏ TƏHSİL


Dördüncü respublika fənn müsabiqələrinin finalçıları müəyyənləşib

Bakı, 22 iyun, AZƏRTAC

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən dördüncü respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, 6.580 iştirakçı şagirddən 655-i biologiya, 735-i fizika, 338-i informatika, 488-i kimya və 2.189-u isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dördüncü respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər iyunun 30-da keçiriləcək final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyənləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.