İQTİSADİYYAT


Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Qazaxıstanın Astana şəhərində “Tech Hub Limited” müəssisəsinin təmsilçiləri ilə görüşüb, rəqəmsal iqtisadiyyatın inkişafı, fintex və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində 4SİM və “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Səfər çərçivəsində 4SİM-in nümayəndələri “Astana” beynəlxalq maliyyə mərkəzi ilə də tanış olublar.

Məlumat üçün bildirək ki, “Tech Hub Limited” müəssisəsi “Astana” beynəlxalq maliyyə mərkəzinin nəzdində fəaliyyət göstərir və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Qazaxıstandakı Afiləedilmiş Mərkəzinə ev sahibliyi edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.