CƏMİYYƏT


Döş xərçəngi müalicəsində yeni üsul

Bakı, 7 iyun, AZƏRTAC

Döş xərçəngi olan xəstə tam sağalıb: bu, həkimlərin immun sisteminə bədənə yayılmış şişi yox etmək qabiliyyəti verdikdən sonra mümkün olub. Ənənəvi üsullarla müalicə tam tükəndikdən sonra axırıncı mərhələdəki döş xərçənginə T-limfositləri ilə immunoterapiyanın tətbiqi uğurla nəticələnib. Coş Habbatissin “İndependent”də dərc olunmuş məqaləsində belə deyilir.

AZƏRTAC “inopressa.ru”ya istinadən xəbər verir ki, məqalədə həmin üsulun hələ ilkin mərhələdə olduğu bildirilir. Bununla belə, alimlər onun potensialını yüksək qiymətləndirirlər: yeni bu üsul terapiyanın bütün digər formalarına müqavimət göstərən xərçəngin müalicəsi üçün tətbiq edilə bilər.

Bir neçə kimyaterapiya seansı floridalı 49 yaşlı mühəndis Cudi Perkinsin qara ciyərinə yayılmağa başlayan şişi yox edə bilmədikdən sonra həkimlər onu ən müasir üsulla müalicə olunmağa razı salıblar. Xəstəyə bundan sonra ən azı, üç il yaşayacağı vəd edilib. Cudinin müalicəsi Merilenddəki Dövlət Xərçəng İnstitutunda doktor Stiven Rozenberqin başçılıq etdiyi həkim heyəti tərəfindən aparılır.

Məqalədə göstərilir ki, hələ də başa çatmayan kliniki sınağın gedişində xəstədəki şişə qarşı mübarizə üçün orqanizmin immun cavabdehliyinin iştirakçısı olan, şəkli dəyişdirilmiş T-limfositlərdən istifadə edilib. Perkinsin tam sağalması prosesini müşahidə edən həkimlər bunu “çox gözəl hadisə” adlandırıblar. O, artıq iki ildir ki, xərçəngdən xilas olub.

Coş Habbatissinin yazdığına görə, döş xərçənginin müalicəsi üçün immunoterapiyadan istifadə üzrə əvvəlki kliniki sınaqlar, əsasən, qeyri-effektiv olub. Doktor Rozenberq və onu komandasının “hüceyrələrin adaptiv daşınması” adlanan yeni yanaşması digər onkoloji xəstəliklərin deyil, yalnız melanomanın müalicəsində səmərəliliyini göstərən texnikaya əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.