CƏMİYYƏT


Dosent Rafiq Bayramov: Hazırda pandemiyanın tam bitdiyini söyləmək hələ tezdir VİDEO

Ankara, 12 may, AZƏRTAC

İki ildən artıq davam edən və bütün dünyanın gündəmini dəyişən koronavirus (COVID-19) pandemiyası təbii olaraq bizim ölkəmizdən də təsirsiz ötüşməyib. Pandemiya başlayan bir gündən Azərbaycanda tətbiq olunan adekvat qərarlar və görülən tədbirlər əsasında bu problemi minimum zərərlərlə başa vura bildik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov mövzu ilə bağlı açıqlamasında ifadə edib.

Azərbaycanda COVID-19 infeksiyasına qarşı görülən tədbirlərin əhəmiyyətli nəticələr verdiyini diqqətə çatdıran dosent Rafiq Bayramov deyib ki, hazırda pandemiyanın tam bitdiyini söyləmək hələ tezdir. Azərbaycanda infeksiyaya gündəlik yoluxmada sürətli azalma müşahidə olunsa da dünyadakı vəziyyət nəzərə alınmalıdır. Ehtiyat tədbirləri əldən verilməməlidir. İnsanlar virusa yoluxmamaq üçün bundan sonra da məsuliyyətli olmalıdırlar.

Qeyd edək ki, dosent Rafiq Bayramov TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının Ankarada keçirilmiş iclasında Azərbaycanda məlum pandemiyaya qarşı tədbirlər və infeksiyanın mövcud vəziyyəti ilə bağlı çıxış edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.