ELM VƏ TƏHSİL


Dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib

Bakı, 7 noyabr, AZƏRTAC

Nazirlər Kabineti dosent və professor elmi adları barədə attestatların formasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.

Qərara əsasən, Dosent Attestatının təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Dosent Attestatı açıq mavi rənglidir.

Eyni zamanda, qərarla Professor Attestatının da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Professor Attestatı açıq çəhrayı rənglidir.

Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.