MƏDƏNİYYƏT


“Dostlar” serialının aktyoru Mayk Hagerti vəfat edib

Bakı, 10 may, AZƏRTAC

Məşhur “Dostlar” serialında Triger obrazını canlandıran amerikalı aktyor Mayk Hagerti 67 yaşında dünyasını dəyişib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə onun həmkarı aktrisa Bridget Everett məlumat verib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, M.Hagerti komediya rolları ilə tanınıb. “Dostlar”dan başqa o, “The George Carlin Show” da daxil olmaqla bir sıra serial və televiziya şoularında rol alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.