İQTİSADİYYAT


“Dostluq” yatağının işlənməsi Türkmənistanın qərbə təbii qaz ixrac etməsinə imkan verəcək

Aşqabad, 13 may, AZƏRTAC

Türkmənistan və Azərbaycanın Xəzər dənizindəki “Dostluq” yatağının işlənməsi təbii qazın qərb istiqamətində ixracına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkmənqaz” Dövlət Konserni sədrinin müavini Guvanç Ağacanov Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, “Dostluq” yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı əsas məqamlar nizamlanıb.

Türkmənistandan Avropa ölkələrinə qaz ixracı Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması zamanı mümkün olacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.