CƏMİYYƏT


Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq

Bakı, 9 aprel, AZƏRTAC 

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bəzi vətəndaşların sistem vasitəsi ilə “3” kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Agentlik bir daha xatırladır ki, “3” kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub.

Agentlik vətəndaşları bu kimi hallara yol verməməyə çağırıb. Bildirilib ki, belə hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.