CƏMİYYƏT


Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən 28 may - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.