CƏMİYYƏT


Dövlət Əmək Müfəttişliyi Xidməti icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə müraciət edib

Bakı, 13 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlamayan, bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlərə müraciət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub. Bununla əlaqədar həmin işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib. Həmçinin onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

İnzibati xətalar qanunvericiliyinə əsasən, qeyd olunan icbari sığorta müqavilələrini bağlamayan işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.