CƏMİYYƏT


Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin iştirakı ilə seminar-müşavirələr keçirib

Bakı, 26 noyabr, AZƏRTAC 

Əmək qanunvericiliyi və onun tətbiqi barədə işəgötürənlər arasında məlumatlandırma və təbliğat işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti son bir həftədə Gəncə şəhərində, Şəmkir, Tovuz və Bakının Nərimanov rayonlarında, ümumilikdə, 10 şəhər və rayonun işəgötürənlərinin iştirakı ilə seminar-müşavirələr keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərində təşkil olunan seminar-müşavirədə bu şəhərin və Samux, Göygöl rayonlarının işəgötürənlərinə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Tədbir zamanı işəgötürənlər müəssisələrində əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarına yol verilməməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar" mövzusunda keçirilən seminar-müşavirədə qadınların əmək hüquqlarından geniş bəhs olunub. Əmək qanunvericiliyində qadınlarla bağlı əksini tapan güzəşt və əlavə təminatlar diqqətə çatdırılıb.

Tovuz, Qazax və Ağstafa rayonlarının işəgötürənlərinin iştirakı ilə Tovuz rayonunda “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar”, Bakının Nərimanov rayonunda “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında təşkil olunan seminar-müşavirələrdə də iştirakçılara müvafiq mövzularla bağlı ətraflı məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.