REGİONLAR


Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikanın barama istehsalı ilə məşğul olan 40 rayonunun Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı, məhsuldarlığın yüksəldilməsi və DAİM-də yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Gülnar Bağırova tərəfindən keçirilən təlimlər iki gün davam edib. Təlimlərdə, ümumilikdə, 73 DAİM əməkdaşı iştirak edib.

İştirakçılara “Çəkil bağlarına qulluq”, “Kümxanaların hazırlanması və dezinfeksiya işlərinin aparılması”, “Tut ipəkqurdunun yemləndirilməsi qaydası”, “Tut ipəkqurdunun xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və “Yaş baramanın tədarük prosesinin təşkili” mövzularında ətraflı məlumat verilib.

Tədbirin sonunda İnsan resursları şöbəsi tərəfindən kümçülərə informasiya-məsləhət xidmətlərini göstərəcək mütəxəssislərə “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.