İQTİSADİYYAT


Dövlət Aqrar Ticarət Şirkəti 110 növ məhsulun satışını həyata keçirib

Bakı, 14 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinə indiyədək 200-dən çox müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova deyib.

Bildirilib ki, fəaliyyəti dövründə 150-dən çox fermerlə görüş keçirilib. Həmçinin indiyədək Dövlət Aqrar Ticarət Şirkəti 110 növ məhsulun satışını həyata keçirib. Şirkət fermerlərlə fyuçers müqavilələri əsasında əməkdaşlıq edir. Gələcəkdə şirkət fermerlərin məhsullarının qablaşdırılmasına da kömək edəcək.

Qeyd edək ki, Dövlət Aqrar Ticarət Şirkəti 2018-ci il iyunun 8-də yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.