MƏDƏNİYYƏT


Dövlət Arxivinin Gəncə filialında DOST İş Mərkəzi xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Dövlət Arxivinin Gəncə filialında filialın elmi-metodiki tabeliyində olan rayon (şəhər) dövlət arxivlərinə DOST İş Mərkəzinin xətti ilə işə qəbul edilmiş əməkdaşlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə filialın direktoru E. Süleymanova işə yeni qəbul olunmuş əməkdaşlara arxiv işi sahəsində qanunvericilik aktları, arxiv sənədlərinin mühafizəsi, uçotu, komplektləşdirilməsi, istifadəsi, rəqəmsallaşdırılması və s. haqqında qısa məlumat verib, sualları cavablandırıb.

Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin Milli Arxiv İdarəsi ilə əməkdaşlığı çərçivəsində Mərkəz tərəfindən respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan tələbat nəzərə alınaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub. İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işi sahəsində müvafiq vəzifələri icra edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.